“Instagram” yeni funksiyanı işə salıb, onun köməyi ilə istifadəçilər “Reels” videolarını yalnız “Yaxın dostlar” üçün dərc edə biləcəklər. Xatırladaq ki, öncə bu funksiya yalnız “Hekayələr” üçün aktiv idi.
“Reels” videolarının auditoriyasını məhdudlaşdırmaq üçün kontent dərc etməzdən əvvəl “Auditoriya” menyusunu açaraq, “Yaxın dostlar” bölməsini seçməlisiniz. Post və “Reels” altındakı bəyənmələr və şərhlər siyahıdakı bütün istifadəçilərə görünəcək.
Xatırladaq ki, “Yaxın dostlar” funksiyası 2018-ci ildə işə düşüb.