8 C
Baku
Tuesday, March 19, 2024

“İnstagram”dan yeni funksiya – Şübhəli məzmun haqqında xəbərdarlıq etməyə icazə verəcək

“Instagram” sosial şəbəkəsi istifadəçilərə şübhəli məzmun haqqında xəbərdarlıq bildirməyə icazə verən yeni funksiyanı işə salacaq.

Bu barədə Report agentliyi “İzvestiya.ru”ya istinadən xəbər verir,

Qeyd edilir ki, istifadəçilərin xəbərdarlığından sonra mütəxəssislər göstərilən məlumatların etibarlılığını təhlil edəcəklər.

Funksiya hər postun sağ yuxarı küncündə “üç nöqtə” düyməsinə basılma vaxtı açılan menyuya salınacaq. Orada “uyğun olmayan məlumatlar” düymələri və “yanlış informasiya” olacaq. Ekspertlər saxta xəbər haqqında mesajdan sonra materialı yoxlayacaqlar.

Mötəbər olmayan informasiyanı özündə saxlayan tanınmış postlar silinməyəcək. Ancaq onların yayılması imkanı məhdudlaşdırılacaq.

Son xəbərlər
Digər xəbərlər