4 C
Baku
Çərşənbə axşamı, Noyabr 30, 2021

“Instagram”dan yenilik: Paylaşılan albomda şəkillərdən birini silmək olacaq

“Instagram” sosial şəbəkəsinin rəhbəri Adam Mosseri mobil əlavənin bir neçə yeni funksiyasını təqdim edib.

Belə ki, artıq “Rage Shake” (və ya “şiddətli sarsıntı”) xidməti ilə istifadəçilər problem barədə sürətli məlumat verə biləcək. Xəta və ya “bug” ilə qarşılaşan istifadəçi sadəcə işləyən proqramın açıq olduğu halda smartfonunu silkələməlidir. Bu zaman ekranda pəncərə açılacaq və orada şikayəti yazmaq olacaq.

İkincisi – paylaşıma eyni vaxtda yüklənmiş görüntülərdən təkcə bir şəkli və ya videonu silmək imkanı yaranıb. İndiyə qədər bu mümkün deyildi, ancaq bütün paylaşım silinməli idi.

Xidmət rəhbəri əlavə edib ki, istifadəçilər uzun müddətdir ki, bu funksiyanı arzulayırdılar və nəhayət şirkət bunu tətbiq etmək qərarına gəlib.

Mənbə:Oxu.az
Son xəbərlər
Oxşar xəbərlər
X