12 C
Baku
Thursday, March 28, 2024

“Instagram”ın aktiv istifadəçilərinin sayı 2 milyarda çatıb

“Meta”ya məxsus olan “Instagram” sosial şəbəkəsi dünya üzrə aylıq 2 milyard aktiv istifadəçi həddini keçib. Qeyd edək ki, “Facebook”da bu göstərici 2.96, “WhatsApp”da isə 2 milyard təşkil edir, Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.

Meta gəlirinin böyük hissəsini sosial media reklamlarından əldə edir. Vurğulanır ki, son vaxtlar qeyri-sabit iqtisadi vəziyyət fonunda marketoloqlar rəqəmsal reklama daha az pul xərcləməyə başlayıblar.

Ümumilikdə, 2012-ci ildə satın alınan “Instagram” indi “Meta”nın əsas gəlir mənbəyidir. 2014-cü ildə alınan “WhatsApp”ın biznes-modeli isə inkişafın hələ başlanğıc mərhələsindədir.

Son xəbərlər
Digər xəbərlər