Instagram” sosial şəbəkəsinin aktiv istifadəçilərinin sayı 500 milyonu keçib.
Qeyd olunur ki, bu nəticə “YouTube”, “WhatsApp”, “WeChat” və QQ kimi xidmətlərlə müqayisə oluna bilər. “Instagram”ın 500 milyon aktiv istifadəçi sayının olmasına baxmayaraq, gündəlik olaraq bu sosial şəbəkədən 300 milyon insan istifadə edir.
ABŞ-da bu xidmətdən 100 milyon insan istifadə edir. Onun ardınca siyahıda Braziliya gəlir və bu rəqəm 35 milyon nəfər təşkil edir. Sonrakı yerləri Böyük Britaniya və Yaponiya tutur.
Servis 2012-ci ildə “Facebook” sosial şəbəkəsi tərəfindən əldə edilən zaman istifadəçilərinin sayı 30 milyon nəfərə bərabər olub. Son iki il ərzində isə onun auditoriyası iki dəfə artıb.
Orta hesabla istifadəçilər sosial şəbəkədə gündəlik olaraq 21 dəqiqə keçirir, 4,2 milyard layk qoyur, 95 milyon ədəd şəkil və video yükləyirlər.
Bundan öncə isə bildirilib ki, internet istifadəçiləri “Instagram” və digər sosial şəbəkələrə daha az vaxt ayırmağa başlayıblar.
Lent.az