“Instagram”ın aylıq aktiv istifadəçilərinin sayı 3 milyard nəfərə çatıb, bu barədə “Meta”nın rəhbəri Mark Zukerberq məlumat verib. Xatırladaq ki, 2021-ci ildə bu rəqəm 2 milyard olub.
3 milyard istifadəçi sayına “Threads” platformasının daxil edilib-edilmədiyi barədə məlumat yoxdur, “The Verge” yazır.
“Threads” 2023-cü ildə “X”in (əvvəlki “Twitter”) analoqu kimi işə salınıb. Burada qeydiyyat yalnız “Instagram” hesabı vasitəsilə mümkündür. 2025-ci ilin avqustunda Zukerberq “Threads”in aylıq aktiv istifadəçi sayının 400 milyona çatdığını açıqlamışdı.
“Instagram”ın rəhbəri Adam Mosseri qeyd edib ki, son bir neçə ildə “demək olar bütün artımı” şəxsi mesajlar, Reels və tövsiyələr funksiyası təmin edib.
“Meta” “Instagram”ı 2012-ci ildə 1 milyard dollara alıb. 2025-ci ilin yazında ABŞ məhkəməsi Federal Ticarət Komissiyasının şirkətə qarşı rəqabət potensialına malik rəqiblərin alınması ilə bağlı iddiasına baxmağa başlayıb. Nəzarət orqanı ya şirkətin restrukturizasiyasını, ya da sosial şəbəkənin və “WhatsApp” messencerinin satışını tələb edib.