9 C
Baku
Thursday, December 12, 2024

“Instagram”ın Rusiyadakı auditoriyası 5 dəfə azalıb

“Instagram” sosial şəbəkəsinin Rusiyadakı auditoriyası may ayında beş dəfə azalıb, Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Qeyd olunur ki, rusiyalıların cəmi 4%-i “Instagram”da gündə beş dəqiqədən çox oturur.

Həmçinin qeyd olunur ki, Rusiya əhalisi arasında “Facebook” istifadəçilərinin sayı həmin dövr ərzində üç dəfə kiçilib. Rusiyada “Instagram”ın bloklanmasından sonra rusiyalıların sosial şəbəkədə gündə keçirdikləri vaxt 13 dəfə azalıb.

Martın 14-də “Roskomnadzor” “Instagram”ı qadağan olunmuş saytların reyestrinə daxil edib və resursu bloklamağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər