“Azərişıq” ASC H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən obyektin elektrik təchizatının gücləndirilməsi ilə bağlı elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Banker.az xəbər verir ki, layihə çərçivəsində əraziyə düşən mövcud 35 kV-luq kabel xətləri köçürüləcək və onların əvəzinə yeni kabel xətləri çəkiləcək.
Həmçinin obyektin daxili elektrik təchizatının təmin edilməsi məqsədilə yeni elektrik qurğularının quraşdırılması nəzərdə tutulur.
Müsabiqənin ehtimal olunan qiyməti 20,17 milyon manat təşkil edib. Satınalma müsabiqəsinin qalibi isə “İNTEGRAS” MMC olub.
Xatırladaq ki, tender 21 iyul 2025-ci ildə dərc edilib, iştirakçılardan təkliflərin qəbulu və zərflərin açılışı isə 3 sentyabr 2025-ci ildə həyata keçirilib.