22 C
Baku
Friday, April 19, 2024

Intel 5G’dən imtina edib: Şirkətin patentləri hərracda satılacaq

IAM adlı saytın verdiyi məlumata əsasən Intel şirkəti özünün patent portfoliosunun bir hissəsini hərracda satmağı planlaşdırır. Patentlərin böyük bir hissəsini isə 5G də daxil olmaqla naqilsiz mobil şəbəkə texnologiyalarını əhatə edir. Bu barədə Gagadget saytı xəbər verib. Məlumata əsasən Intel bu qərarı Qualcommilə Apple arasındakı 5G modem məsələsi üzrə bağlanmış müqavilədən sonra verib. Hərraca ümumilikdə 8500 patent satışa çıxarılacaq.

 Onlardan 6000-i 3G4G və 5G şəbəkə standartları ilə, 1700-ü naqilsiz şəbəkələr texnologiyası ilə, yerdə qalanları isə yarıkeçiricilər və elektron sənaye texnologiyaları ilə bağlıdır. Şirkətin patent portfoliosunun satışı smartfonlar üçün modem istehsalı biznesinin satışından ayrıca keçiriləcək. Lakin heç istisna deyil ki, marağı olan hansısa şirkət (məsələn Apple) hər iki tərəfi də alsın. Məlumata əsasən Intel bu məsələdə Apple ilə bir daha görüşmüşdü. Lakin keçirilmiş növbəti danışıqlar nəticəsində şirkət öz aktivlərini hissə-hissə satmağı qərara alıb.

©Technote

Son xəbərlər
Digər xəbərlər