14 C
Baku
Çərşənbə, May 25, 2022

“Intel” ABŞ-da çip istehsalına $20 mlrd. sərmayə qoyur

“Intel” ABŞ-da çip istehsalına 20 milyard dollar sərmayə qoyur. Vurğulanır ki, şirkət bazardakı mövqeyini bərpa etmək və ABŞ-ın Asiyadan asılılığını azaltmaq istəyir.

Banker.az xəbər verir ki, kompleks iki zavoddan səkkiz zavoda qədər genişləndirilə bilər – onlar tikinti zamanı 7 min, istehsala başlayandan sonra isə 3 min yeni iş yeri yaradacaq.

“Intel” tikinti işlərinə 2022-ci ilin sonunda başlayacaq, zavodların fəaliyyətə başlaması isə 2025-ci ildə baş tutacaq.

Qeyd edək ki, 2021-ci ildə “Samsung” “Intel”i keçərək dünyanın aparıcı yarımkeçirici tədarükçüsünə çevrilib. 2021-ci ilin martında “Intel” Arizona ştatındakı iki zavoda 20 milyard dollar sərmayə qoyub.

Son xəbərlər
Oxşar xəbərlər