24 C
Baku
Thursday, September 25, 2025

“Intel” “Apple”a şirkətin investoru olmağı təklif edib

Amerikalı istehsalçı “Intel” “Apple”a əməkdaşlıq və investisiya ilə bağlı təkliflə müraciət edib. Bu barədə mənbələrə istinadla “Bloomberg” məlumat yayıb.

Agentliklə danışan şəxslərin sözlərinə görə, danışıqlar ilkin mərhələdədir. “Intel” həmçinin digər şirkətlərlə də mümkün investisiyalar barədə müzakirələr aparır.

“Bloomberg” hesab edir ki, “Apple”ın “Intel” çiplərindən öz qurğularında yenidən istifadə etməsi ehtimalı azdır. “Apple” uzun müddət istehsalçının prosessorlarını kompüterlərində tətbiq edirdi, lakin 2020-ci ildən etibarən öz istehsalı olan mikrosxemlərə keçməyə başlayıb.

Sentyabrın 18-də “Intel” elan edib ki, “Nvidia” şirkətə 5 milyard dollar sərmayə yatıracaq. Bu, fərdi kompüterlər və məlumat emalı mərkəzləri üçün yeni çiplərin birgə hazırlanmasına yönəlmiş tərəfdaşlıq çərçivəsində həyata keçirilir. Qeyd olunurdu ki, “Nvidia” “Intel” səhmlərini hər biri 23.28 dollara alacaq. Tərəfdaşlıq çərçivəsində “Intel” “Nvidia”nın süni intellekt platformalarına və PC çiplərinə inteqrasiya olunacaq ixtisaslaşmış çiplər hazırlayacaq.

“Reuters”in məlumatına görə, nəticədə “Nvidia” “Intel”in ən iri səhmdarlarından birinə çevriləcək və yeni səhmlərin buraxılışından sonra şirkətin ən azı 4%-nə sahib olacaq.

Son xəbərlər
Digər xəbərlər