Amerikanın texnologiya nəhəngi “Intel” Avropa Komissiyasına qarşı apellyasiya məhkəməsini uduzub. Avropa İttifaqının Ümumi Yurisdiksiya Məhkəməsi korporasiyanın Avropa Komissiyası tərəfindən 2023-cü ildə tətbiq edilmiş antiinhisar cəriməsi ilə bağlı verdiyi apellyasiya şikayətini təmin etməyib.
Məhkəmə təyin olunan cərimə məbləğinin həddən artıq çox olduğunu hesab edərək onu üçdə bir həcmində ( 376 milyon avrodan 237 milyon avroya) azaldıb.
Qeyd edək ki, Avropa Komissiyası cəriməni onunla əsaslandırır ki, 2002-ci ilin noyabrından 2006-cı ilin dekabrınadək “Intel” korporasiyası “HP”, “Acer” və “Lenovo” şirkətlərinə rəqib mikroproses istehsalçıları, ilk növbədə AMD-nin məhsulları ilə təchiz olunmuş cihazlarının buraxılışını təxirə salmaları və ya onlardan tamamilə imtina etmələri üçün həmin şirkətlərlə gizli ödənişlər edirdi. Belə ödənişlər tənzimləyici qurumlar tərəfindən rəqabətin birbaşa məhdudlaşdırılması kimi qiymətləndirilib.








