9 C
Baku
Monday, November 18, 2024

“Intel” Avropada yarımkeçiricilərin istehsalına €33 mlrd. sərmayə qoyur

Amerikanın yüksək texnoloji “Intel” korporasiyası Avropa İttifaqında tədqiqat və təkmilləşdirmə, eləcə də yarımkeçiricilərin istehsalına 33 milyard avro sərmayə qoyacağını açıqlayıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Şirkətin elanında qeyd edildiyi kimi, bu, “tədqiqatdan tutmuş istehsal və satışa qədər yarımkeçiricilərin yaradılmasının tam zəncirinə növbəti on il ərzində 80 milyard avro sərmayə qoymaq planının birinci mərhələsidir”.

Birinci mərhələ, xüsusilə, Almaniyada böyük zavodun, Fransada yeni tədqiqat mərkəzinin, həmçinin İrlandiya, İtaliya, Polşa və İspaniyada istehsal müəssisələrinin tikintisini nəzərdə tutur. Təkcə Almaniyada “Intel” 10 min, digər Aİ ölkələrində isə daha bir neçə on minlərlə iş yeri yaratmağı planlaşdırır.

Yarımkeçiricilərin qlobal çatışmazlığı ötən ilin əvvəlində bir çox ölkələrin və şirkətlərin bu məhsulların istehsalını təcili olaraq genişləndirməsinə səbəb olub. Xüsusilə ABŞ prezidenti Cozef Bayden ABŞ-ın iqtisadi stimullaşdırma planında ölkənin yarımkeçiricilərin istehsalı üzrə istehsal gücünün artırılması üçün xüsusi olaraq 50 milyard dollar ayrıldığını bildirib.

Son xəbərlər
Digər xəbərlər