-1 C
Baku
Sunday, December 15, 2024

“Intel” çip biznesini bölməyi nəzərdən keçirir

Elektronika və kompüter komponentləri istehsalçısı olan “Intel” şirkəti investisiya bankları ilə məsləhətləşir və bəzi biznes problemlərini aradan qaldırmağa imkan verəcək müxtəlif ssenariləri müzakirə edir, “Bloomberg” yazır. Agentliyin məlumatına görə, korporasiya çip biznesini bölmək variantını da nəzərdən keçirir, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Müxtəlif variantların sentyabrda “Intel” idarə heyətinin iclasında təqdim ediləcəyi gözlənilir. Bütün müzakirələr hələ ilkin mərhələdədir, yaxın gələcəkdə ciddi addımlar gözlənilmir. “Bloomberg” yazır ki, “Intel”in məsləhətçiləri “Morgan Stanley” və “Goldman Sachs”dır. “Intel” nümayəndəsi şərh verməkdən imtina edib.

Bakı vaxtı ilə saat 15:55-də Nasdaq birjasında premarketdə “Intel”in səhmləri 3.13% artıb. Avqustun 29-da ticarətin bağlanışında onların qiyməti 20.13 dollara (+2.65%) başa gəlib. İlin əvvəlindən “Intel” səhmləri 60% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər