4 C
Baku
Friday, March 29, 2024

“Intel” çip istehsalı biznesini Cənubi Koreya şirkətinə 9 mlrd. dollara satacaq

Amerikanın “Intel” şirkəti çin istehsalı biznesini Cənubi Koreya şirkətinə 9 milyard dollara satmağı planlaşdırır. Mütəxəssislərin fikrincə, müqavilə nəticəsində NAND şirkəti məlumatların saxlanılması sahəsində Yaponiyanın “Kioxia” şirkətini belə qabaqlayacaq.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, amerikanın İT korporasiyası Çindəki qeyri-profil biznesini sataraq, bütün diqqətini daha qabaqcıl olan Optane memory texnologiyası üzərində cəmləşdirəcək. Cənubi Koreya şirkəti üçün “Intel” ilə bağlanan müqavilə ən böyük satınalma olacaq. Xatırladaq ki, 2017-ci ildə “SK Hynix” yapon rəqibi “Kioxia” şirkətinə 3,7 milyard dollar sərmayə qoymuşdu.

“Bu müqavilə bizə investisiya və texnologiyalar sahəsindəki prioritetlərimizi daha düzgün bölməyə imkan verəcək”, – deyə “Intel”in baş direktoru Bob Svonun açıqlamasında deyilir. Bildirək ki, daha əvvəl şirkət 5G modemlərin istehsalı biznesini satmışdı. “SK Hynix” müqavilə iştirakçılarının 2021-ci ilin sonuna qədər hökumətlərin razılığını almağı və müqaviləni 2025-ci ilin martında tamamlamağı planlaşdırdıqlarını bildirib.

“Trendforce”nin hesablamalarına görə, NAND şirkəti aprel-iyun aylarında böyüyüb və bunun əsas səbəbi Covid-19 ilə əlaqədar insanların distant iş rejiminə keçməsi olub. Qeyd edildiyi kimi, yaddaş çipləri bazarında NAND dördüncü, DRAM bazarında isə ikinci yer tutur. Ümumilikdə, yaddaş çipləri bazarında “Samsung” liderlik edir (31,4%), ikinci yerdə “Kioxia” (17,2%), üçüncü yerdə isə “SK Hynix” (11,7%) dayanır.

“Intel” və “SK Hynix” şirkətlərinin müqavilə bağlamasından sonra, “SK Hynix”in bazardakı payı 23,2% təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər