-1 C
Baku
Sunday, December 15, 2024

“Intel” dividendləri dondurmaq və işçilərin 15%-ni ixtisar etmək niyyətindədir

Dünyanın aparıcı kompüter komponentləri istehsalçılarından biri olan “Intel” korporasiyası ikinci rübdə xalis zərər qeydə alıb, həmçinin dividend ödənişlərinin dayandırıldığını və genişmiqyaslı ixtisar aparacığını açıqlayıb.

Şirkət ötən ilin eyni dövründəki 1.48 milyard dollar və ya hər səhm üçün 0.35 dollar mənfəətlə müqayisədə rübdə 1.6 milyard dollar və ya hər səhm üçün 0.38 dollar xalis zərər göstərib.

Birdəfəlik faktorlar nəzərə alınmadan qazanc hər səhm üçün 2 sent olub.

“Intel”in rüblük gəliri ötən ilin ikinci rübündəki 12.95 milyard dollardan 12.83 milyard dollara düşüb.

“FactSet” tərəfindən sorğu edilən ekspertlər də orta hesabla səhm başına 10 sentlik düzəliş edilmiş mənfəət və 12.92 milyard dollar gəlir gözləyirdilər.

“Intel” səhmləri cümə axşamı iş saatlarından sonrakı ticarətdə təxminən 19% ucuzlaşıb. Bu ilin əvvəlindən şirkətin kapitallaşması 42% azalaraq 123.7 milyard dollar olub.

Son xəbərlər
Digər xəbərlər