Amerikanın “Intel” korporasiyası işçilərin və rəhbərliyin maaşlarını “əhəmiyyətli dərəcədə azaldıb. Şirkətin sözçüsü Eddi Berr bildirib ki, bu tədbirlər investisiya və ümumi işçi qüvvəsini dəstəkləməyə kömək edəcək. Əməkhaqqı orta səviyyəli işçilər üçün 5%, baş direktor Pet Helsinqer üçün isə 25%-ə qədər azaldılacaq.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Məlumata görə, vitse-prezident səviyyəsində çalışanların əməkhaqqı 10%, top-menecerlərin əməkhaqqı isə 15% azaldılacaq.
Xatırladaq ki, keçən həftə “Intel”in səhmləri şirkətin tarixində ən pis proqnozlarından birini dərc etdikdən sonra 9.6% ucuzlaşıb. Intel 2023-cü ilin birinci rübündə gəlirin bir il əvvəl 18.4 milyard dollardan və analitiklərin proqnozlaşdırdığı 13.9 milyard dollardan 10.5 milyard dollardan 11.5 milyard dollara qədər olacağını gözləyir.