Amerikanın “Intel” korporasiyası bu həftə işçilərinin 20 %-dən çoxunun ixtisar olunduğunu elan etmək niyyətindədir, ixtisarlar şirkətdəki bürokratiyanın miqyasını azaltmaq məqsədi daşıyır.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, ixtisarlar şirkətin idarəetməsini optimallaşdırmaq və diqqəti mühəndislik texnologiyalarına yönəltmək məqsədi daşıyır.
Qeyd olunur ki, ötən il şirkət artıq 15 minə yaxın işçini ixtisar edib. 2024-cü ilin sonunda ştatda 108,9 min işçi var idi.
Yeni işdən çıxarılmalar Lip-Bu Tanın bu ilin martında “Intel”in baş direktoru vəzifəsinə keçməsindən sonra ilk ixtisar olacaq