24 C
Baku
Wednesday, October 5, 2022

“Intel” İsrail iqtisadiyyatına  11 milyard dollara yaxın sərmayə qoyacaq

ABŞ-ın “Intel” korporasiyası İsrail iqtisadiyyatına, təqribən, 11 milyard dollar sərmayə qoymağa qərar verib.

Banker.az məlumat verir ki, bu barədə İsrailin maliyyə naziri Moşe Kahlon”Twitter”də məlumat verib.

Onun sözlərinə görə, bu addımın İsrailin cənubunda minlərlə iş yerinin yaranmasına gətirib çıxaracağı gözlənilir.

“Intel”in İsrailin cənubunda artıq iki müəssisəsi fəaliyyət göstərir. Şirkət 2017-ci ildə İsrailin sürücüsüz avtomobillər üçün proqram təminatı işləyib hazırlayan “Mobileye” şirkətini satın alıb.

©fins.az

Son xəbərlər
Oxşar xəbərlər