16 C
Baku
Wednesday, May 22, 2024

“Intel” İsrail iqtisadiyyatına 25 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır

ABŞ-ın çip istehsalçısı “Intel” İsrail iqtisadiyyatına 25 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu tviterdə bildirib.

Nazir qeyd edib ki, bu, İsrail tarixində beynəlxalq şirkət tərəfindən ən böyük investisiyadır.

İsrail Maliyyə Nazirliyi bundan əvvəl məlumat yayıb ki, investisiya azı 2035-ci ilə qədər fəaliyyət göstərməli olan yeni çip istehsalı müəssisəsinin tikintisinə yönəldiləcək. Yeni obyekt bir neçə min İsrail vətəndaşını işlə təmin edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər