9 C
Baku
Monday, November 18, 2024

“Intel” İsraildə 25 mlrd. dollarlıq çip istehsalı fabriki tikəcək

Bu ilin iyun ayında İsrail hökuməti Amerika korporasiyası İsrailin bu şəhərində daha bir çip istehsalı zavodu tikmək qərarına gələrsə, Kiryat-Qatda istehsal sahəsinin inkişafı üçün xərclərin 12.8%-ni “Intel”ə qaytarmağa hazır olduğunu etiraf edib.

Xatırladaq ki, şirkətin artıq İsraildə, Kiryat-Qatda bir müəssisəsi, həmçinin üç tədqiqat mərkəzi var. “Mobileye” törəmə şirkətinin də baş ofisi burada yerləşir, lakin onsuz da “Intel” İsraildə ən böyük xarici işəgötürəndir və 1974-cü ildən bu ölkədə fəaliyyət göstərir və hazırda təxminən 12 000 yerli sakini çalışır.

“Intel” Kiryat-Qatda çip istehsalının genişləndirilməsi üçün təxminən 25 milyard dollar xərcləməyə hazırdır və ölkə hakimiyyəti bu məbləğin 3.2 milyard dollarının qaytarılmasını təmin edəcək. Əvvəllər izah edilmişdi ki, “Intel”dən müəyyən edilmiş investisiya məbləğinə 2021-ci ildə planlaşdırılan 10 milyard dollar həcmində investisiyalar daxildir. Şirkət həmçinin növbəti on il ərzində İsrail istehsalı olan malların və komponentlərin alınmasına 16.6 milyard dollar xərcləməyi, həmçinin yeni müəssisədə bir neçə min yeni iş yeri yaratmağı öhdəsinə götürür.

Kiryat-Qat İsrailin cənub hissəsində yerləşir və bu ərazidə yeni “Intel” zavodu 2027-ci ilə qədər istifadəyə verilərsə, o, ən azı 2035-ci ilə qədər fəaliyyət göstərəcək. İndi İsrail Fələstinin Həmas qrupu ilə silahlı qarşıdurmada iştirak edir, ona görə də bu münaqişənin gedişatı “Intel” layihəsinin həyata keçirilməsinə mənfi təsir göstərə bilər. “Intel” nümayəndələrinin sözlərinə görə, Kiryat-Qatda yeni binaların tikintisi artıq sürətlə davam edir.

Son xəbərlər
Digər xəbərlər