ABŞ-ın texnologiya nəhəngi olan “Intel Group”, İsrailin ictimai nəqliyyat tətbiqetmələrini inkişaf etdirən “Moovit” şirkətini almaq istəyir.
Banker.az “Calcalist” portalına istinadən verdiyi məlumata görə, sövdələşmənin dəyəri 1 milyard dollar təşkil edə bilər.
Qeyd edək ki, “Intel” İsrail şirkətinin səhmdarlarından biridir: ümumilikdə “Moovit” amerikan korporasiyasından 138 milyon dollar cəlb edib. “Intel” in şirkətdəki payı 30 milyon dollar təşkil edir.
“Moovit”in pulsuz kraudsorsinq tətbiqindən 102 ölkədə 800 milyondan çox insan istifadə edir. Bu tətbiq real vaxt rejimində ictimai nəqliyyat qrafiki haqqında məlumat verir. Xatırladaq ki, 2017-ci ildə “Intel” İsrailin mobil texnologiyalar istehsalçısı olan “Mobileye” şirkətini satın almışdır. Sövdələşmənin dəyəri 15,3 milyard dollar təşkil edib.
Yeni sövdələşmə “Intel” şirkətinə tam mənzərəni yaratmağa imkan verəcək: dünyanın bütün şəhərlərindəki tranzit və nəqliyyat haqqında məlumatlar onun əlində cəmləşəcək.