18 C
Baku
Sunday, September 8, 2024

“Intel” Rusiyadakı fəaliyyətini dayandırır

Mikroprosessorların aparıcı təchizatçılarından biri olan Amerikanın “Intel” şirkəti Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiyadakı fəaliyyətini dayandırır.

Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı şirkətin mətbuat xidməti məlumat yayıb.

Şirkət vurğulayır ki, o, “işçilərə, eləcə də Rusiyada çalışan 1.2 min işçiyə dəstək verir”. Martın əvvəlində “Intel” öz məhsullarının Rusiya və Belarusa tədarükünü dayandırdığını elan etmişdi.

1968-ci ildə qurulan “Intel” mikroprosessorlar da daxil olmaqla elektron cihazlar və kompüter komponentləri istehsal edir. Ötən ildən dünya yarımkeçirici çatışmazlığı ilə üzləşir ki, bu da bir çox ölkələrdə mobil rabitənin beşinci nəsil sistemlərə keçməsi ilə əlaqədar bu məhsullara tələbatın kəskin artması ilə bağlıdır. Pandemiya və distant iş rejiminin genişlənməsi şəraitində fərdi kompüterlərin və oyun konsollarının istehsalı da artıb.

Son xəbərlər
Digər xəbərlər