12 C
Baku
Sunday, October 27, 2024

“Intel” şirkətinin həmtəsisçisi vəfat edib

ABŞ-nin “Intel” şirkətinin yaradıcılarından biri Qordon Mur 94 yaşında vəfat edib.

Şirkətin yaydığı məlumata görə, Qordon Mur Havaydakı evində, ailəsinin əhatəsində dünyasını dəyişib.

“Mənim karyeram və həyatımın çox hissəsi Qordonun “Intel”də təqdim etdiyi imkanlar nəticəsində formalaşıb. Onun irsini davam etdirmək mənim üçün şərəfli və məsuliyyətlidir”, – şirkətin baş direktoru Pat Qelsinger deyib.

Qeyd edək ki, “Intel” şirkəti 1968-ci ildə Qordon Mur və Robert Noys tərəfindən yaradılıb. Mur şirkətdə 1968-ci ildən 2006-cı ilədək işləyib.

Son xəbərlər
Digər xəbərlər