11 C
Baku
Wednesday, November 13, 2024

“Intel” şirkəti “Arm”dakı bütün payını satıb

Elektronika və kompüter komponentləri istehsalçısı “Intel” ikinci rübdə Böyük Britaniyanın çip istehsalçısı “Arm Holdings”dəki bütün payını satıb, Banker.az bu barədə Forbes.ru-ya istinadən xəbər verir.

“Bloomberg” ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənədlərə istinadən yazır ki, “Intel” 1.18 milyon “Arm” səhmini satıb. Ötən rüb üçün qiymətli kağızların orta qiymətini (124.34 dollar) nəzərə alsaq, payın satışı “Intel”ə təxminən 147 milyon dollar qazandırıb.

“Bloomberg” qeyd edir ki, “Intel” bir vaxtlar hakim olduğu sənayedə öz mövqeyini bərpa etməyə çalışır. Agentliyin məlumatına görə, şirkətin son mənfəət hesabatı 56 illik tarixində ən pis hesabatlardan biri olub.

ABŞ-də avqustun 13-də ticarətin bağlanışında “Intel” səhmləri 20.47 dollara (+5.73%) olub. 2024-cü ilin əvvəlindən onlar demək olar ki, 60% qiymət itirib. Bakı vaxtı ilə saat 13:26-da premarket ticarətində “Intel” səhmləri 0.15% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər