13 C
Baku
Tuesday, May 14, 2024

“İntel” şirkəti minlərlə iş yerini ixtisar edəcək

ABŞ-ın “İntel” şirkəti minlərlə iş yerini ixtisar etməyi planlaşdırır.

Şirkətin bu addımı şəxsi kompüterlər üçün prosesorlara tələbatın kəskin azalması ilə əlaqədar atdığı deyilir. “İntel” bununla xərclərini azaltmağa və rəqiblərinin ondan aldığı bazar payını geri qaytarmağa çalışır.

Qeyd edilir ki, bəzi bölmələrdə, o cümlədən satış və marketinq departamentində işçilərin 20 %-i ixtisar edilə bilər.

Qeyd edək ki, 1968-ci ildə təsis edilən “İntel” şirkəti elektron cihazlar və kompüter hissələri, o cümlədən mikroprosesorlar istehsal edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər