Amerikanın prosessor istehsalçıları “AMD” və “Intel” Rusiyaya tədarükü müvəqqəti olaraq dayandırıblar.
Banker.az xəbər verir ki, bu, Rusiyada kompüterlərin, monoblokların və digər elektron avadanlıqların çatışmazlığına səbəb ola bilər.
Şirkətlər rəsmi açıqlama verməsələr də, onların nümayəndələri Rusiyaya tədarükün dayandırılması barədə şifahi məlumat veriblər. Məlumat Rusiya Elektronika Tərtibatçıları və İstehsalçıları Assosiasiyasının nümayəndəsi təsdiqləyib.
Fevralın 25-ində “BIS” Rusiya sənayesi üçün yeni texnologiya ixracı qaydalarının təfərrüatlarını dərc edib. Onlar martın 3-dən qüvvəyə minəcək. Yeni məhdudiyyətlər “istehlakçı rabitə vasitələrinə” – fərdi kompüterlərə və fiziki şəxslərin istifadə etdiyi mobil telefonlara təsir etməyəcək.