“Samsung” və “Intel” 13 düymdən 17 düymə qədər böyüdülə bilən displey təqdim ediblər. Yenilik “Innovation 2022” təqdimatında nümayiş olunub, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Şirkətlər qeyd ediblər ki, bu displey böyük ekrana və rahat daşınmaya əhəmiyyət verənlər üçün əla seçimdir.
“Samsung” və “Intel”in bu cür ekranlar istehsal edib-etməyəcəyi hələ məlum deyil. Şirkətlər onu birlikdə inkişaf etdirirlər.