18 C
Baku
Monday, April 29, 2024

“Intel” yenidən dünyanın ən qiymətli çip markası olub

Amerika istehsalçısı “Intel” 2022-ci ildə Tayvanın “TSMC” şirkətini bir qədər qabaqlayaraq dünyanın ən qiymətli yarımkeçirici markası adını qoruyub saxlayıb. Bu barədə Britaniyanın “Brand Finance” konsaltinq şirkətinin saytında dərc olunmuş hesabatda deyilir.

Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

Xüsusilə, keçən il “Intel” brendinin dəyəri 10% azalaraq 22.9 milyard dollara düşüb. “TSMC” brendi isə 2022-ci ildə 5% artıb və hazırda onun dəyəri 21.6 milyard dollar olaraq qiymətləndirilir.

Həmçinin ilk üçlükdə ötən ilin sonunda brend dəyəri 16.9 milyard dollar olan Amerikanın “Nvidia” şirkəti olub. Dəyərinə görə ilk 10 brendə həmçinin “SK Hynix”, “Qualcomm”, “Broadcom”, “AMD”, “ASML”, “Micron” və “Texas Instruments” daxildir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər