26 C
Baku
Saturday, July 27, 2024

“Intel”dən 15,3 milyardlıq alış

ABŞ-ın məşhur “İntel” korporasiyası pilotsuz avtomobillər üçün sistem işləyib hazırlayan İsrailin “Mobileye” şirkətini satın aldığını təsdiqləyib.

“Venture Beat” portalına istinadən xəbərə görə, sövdələşmənin dəyəri 15,3 milyard dollar təşkil edəcək. Alqı-satqı proseduru 2017-ci ilin sonuna qədər yekunlaşmalıdır.

“Bu alış bizim səhmdarlarımız, müştərilərimiz və bütün avtomobil sənayesi üçün irəliyə doğru addımdır”, – deyə İntel”in baş direktoru Brayan Krjaniç deyib.

Qeyd olunur ki, bu, İsrail texnologiya şirkətləri ilə bağlı ən iri sövdələşmələrdən biridir.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər