26 C
Baku
Saturday, July 27, 2024

İntelektual nəzarət sisteminin kameralarını aldatmaq istəyənləri inzibati tədbirlər gözləyir

Banker.az məlumat verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki,  intelektual nəzarət sisteminin kameralarını aldatmaq istəyən sürücülər kobud şəkildə qanunun tələbini pozmuş hesab olunurlar:

“Avtomobilin dövlət nömrə nişanınin müxtəlif vasitələrdən istifadə etməklə gizlədilməsi “Yol hərəkəti haqqında” qanunun tələbinin kobud şəkildə pozulmasıdır. Mövcud qanunvericiliyə əsasən bu cür sürücülərə qarşı inzibati tədbirin görülməsi Dövlət Yol Polisinin səlahiyyətlərinə aid məsələdir”.

M.Ağayev qeyd edib ki, hazırda BNA və Dövlət Yol Polisi bu məsələdə koordinasiyalı iş aparır: “Belə hal aşkarlandığı təqdirdə Dövlət Yol Polisinə məlumat verilir ki, həmin sürücü barəsində zəruri inzibati tədbir görülsün. Sürücülərə parklanma zamanı daha diqqətli olmağı, nəqliyyat vasitələrini qeyri-qanuni yerlərdə park etməmələrini, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcə diqqətli olmağı tövsiyə edirik”.

Xatırladaq ki, Bakıda sürücü qanunsuz parklanmaya qarşı quraşdırılan intelektual nəzarət sisteminin kameralarını aldatmaq istəyib. Hadisə 28 May küçəsində qeydə alınıb. “BMW” markalı avtomobilin sürücüsü maşını yolun hərəkət hissəsində saxlayıb. O, avtomobilin dövlət nömrə nişanını örtüklə bağlayaraq, qanunsuz parklanmaya qarşı quraşdırılan kameralardan yayınmaq istəyib.

Son xəbərlər
Digər xəbərlər