“Intel”in baş direktoru Pet Gelsinger istefa verib. CNBC xəbər verir ki, şirkətin müvəqqəti həmsədrləri onun maliyyə direktoru David Zinsner və məhsul direktoru Mişel Holtaus olacaq.
“Intel”in məlumatına görə, Gelsinger 2024-cü il dekabrın 1-də şirkəti tərk edib. O, 2021-ci ildən baş direktor vəzifəsində çalışır.
CNBC-yə görə, Gelsinger böyük problemləri olan bir şirkətə rəhbərlik edib, lakin onun rəhbərliyi altında vəziyyət daha da pisləşib: “Intel” öz bazar payını itirib və AI bazarına girə bilməyib.