6 C
Baku
Şənbə, Yanvar 22, 2022

“Intel”in baş direktorunu dəyişdirmək qərarı fonunda şirkətin səhmləri 8.5% artıb

Amerikanın “Intel” şirkəti baş direktorunu dəyişdirir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, 15 fevraldan prosessor və kompüterin digər komponentlərinin istehsalçısı olan şirkətə Patrik Gelsinger rəhbərlik edəcək.

Qeyd edək ki, hal-hazırda Gelsinger virtualizasiya üçün proqram təminatını istehsal edən “VMware” şirkətinə rəhbərlik edir. Və o, texnologiya sahəsində 40 ildən artıq təcrübəyə malikdir.

CEO-nun dəyişməsi ilə bağlı xəbərin fonunda NASTAQ birjasında “Intel” səhmləri 8.5% artaraq 57.75 dollar səviyyəsinə çatıb. Ümumilikdə, əvvəlki ticarət sessiyası ilə müqayisədə artım demək olar ki, 12% təşkil edib. Bununla yanaşı, Nyu-York birjasında “VMware” səhmlərinin 5% azalaraq 134.5 dollara düşməsi müşahidə edilib.

“Intel”in indiki baş direktoru Bob Svon bu vəzifəyə 2019-cu ilin yanvarında gəlib və texniki təhsilə sahib olmadığına görə dəfələrlə tənqidlə üzləşib. Mütəxəssislər həmçinin Svonun rəhbərliyi altında “Intel”in rəqiblərindən bir neçə zərbə aldığını da qeyd edirlər – 2020-ci ildə şirkətin səhmləri 19% ucuzlaşıb.

“Intel”in əsas səhmdarlarından biri və “Third Point” hedge-fondunun qurucusu Daniel Leb, Svonun vəzifədən uzaqlaşdırılmasını “səhmdarların mənafeyi baxımından etibarlı bir addım” adlandırıb. Bundan əvvəl təşkilat nümayəndələri şirkəti “AMD”, “Samsung” və “TSMC” kimi rəqiblərə güzəştə getməkdə günahlandırmışdılar.

Son xəbərlər
Oxşar xəbərlər