19 C
Baku
Friday, October 24, 2025

“Intel”in səhmləri rüblük hesabatdan sonra 9% bahalaşıb

“Intel”in səhmləri rüblük hesabatdan sonra 9% bahalaşıb. Bildirilir ki, ticarət sessiyasının sonunda şirkətin səhmləri $38,16 səviyyəsində bağlanıb (+3,4%), post-marketdə isə 11:45-a olan məlumata görə 8,41% artaraq $41,37 olub.

Kotirovkaların artmasının səbəbi şirkətin 2025-ci ilin üçüncü rübü üzrə hesabatıdır. Gəlir 3% artaraq 13,7 mlrd dollar təşkil edib — bu, analitiklərin gözləntilərindən (13,2 mlrd dollar) bir qədər yüksəkdir. Şirkət dördüncü rüb üçün “optimist proqnoz” verib və gəlirin 12,8–13,8 mlrd dollar olacağını gözləyir.

“Intel”in proqnozları göstərir ki, şirkət “doğru yolda”dır, “Bloomberg” yazır. Son illərdə şirkət bazar payının azalması ilə üzləşmişdi ki, bu da maliyyə çətinliklərinə, inkişaf tempinin zəifləməsinə və işçi ixtisarlarına səbəb olub.

Lakin 2025-ci ilin avqustundan baş direktor Lip-Bu Tan ABŞ hökuməti tərəfindən maliyyələşmə əldə edib, həmçinin “Nvidia” və “SoftBank”ın dəstəyini qazanıb. İnvestorlar onun səylərini müsbət qiymətləndiriblər: “Intel” səhmləri 2025-ci ilin əvvəlindən bəri 90% artıb.

Son xəbərlər
Digər xəbərlər