Musiqi həvəskarları arasında intellekt əmsalının ölçülməsi üzrə aparılan testlərin nəticələrinə əsasən ən aşağı İQ göstəriciləri hip-hop, həmçinin r’n’b janrlarını dinləməyi sevən şəxslər əldə etmişdir. Beləliklə bütün sınağa məruz qalanlar içərisində “ən səthi düşünənlər” reperlər hesab olunur. Testlər üçün həm ənənəvi İQ tapşırıqlar, həmçinin də məktəb proqramı əsasında tərtib olunmuş test tapşırıqları istifadə edilmişdir, bura yalnız baza xarakterli ümumtədris materialları daxil edilib. Klassik və simfonik musiqiyə üstünlük verən həmyaşıdların nəticələri isə ən yüksəklərdən olub. Nə qədər təəccüblü və valideynlərin ürəyincə olmasa da ağır musiqini və roku dinləyən yeniyetmələr daha yüksək intellekt səviyyəsi ilə seçiliblər.
“Elm və Texnika” nəşrinin məlumatına əsasən tədqiqatın nəticələri onlar üçün həddindən artıq gözlənilməzliklərlə zəngin olub: “Maraqlı fakt odur ki, klassik musiqini və heavy-metal musiqini dinləyən insanlar bir-birinə bənzərdir. Hər iki tərəfdən olan şəxsiyyətlər -yaradıcı, asılılığı sevməyən və olduqca ünsiyyət sevərdir” –professor söyləyir. “Cəmiyyətdə belə bir fikir -stereotip hökm sürür ki, ağır rok həvəskarı olan insanlar dərin depressiya yaşayır, onların sui-qəsd meylliyi yüksəkdir. belə hesab olunur ki, rokerlər –cəmiyyətin təhlükəli elementləridir. Amma əslində onlar tamamı ilə zərərsiz və ümumilikdə götürdükdə isə sosial mühit üçün olduqca faydalıdır. Onlar zərif və nəcib təbiətə malik insanlardır” –alim sözlərinə əlavə edib.
Musiqi janrları və onları dinləyən insanlara, bu janrın həvəskarlarına xarakterik olan cəhətlər:
* BLUES — Yüksək özünüqiymətləndirmə, kommunikativ, mülayim və təmkinli.
* JAZZ — Yüksək özünüqiymətləndirmə ,yaradıcılıq, kommunikasiya qabiliyyəti, təmkinli.
* CLASSICAL MUSIC — Yüksək özünüqiymətləndirmə ,yaradıcılıq, qapalı, sakit.
* RAP — Yüksək özünüqiymətləndirmə, kommunikasiya qabiliyyəti
* OPERA — Yüksək özünüqiymətləndirmə, mülayim, yaradıcı.
* COUNTRY AND WESTERN — Əməksevərlik, kommunikasiya qabiliyyəti
* REGGAE — Yüksək özünüqiymətləndirmə, yaradıcı, işləməyi xoşlamayan, kommunikativ, mülayim və təmkinli.
* DANCE — Yaradıcı, kommunikativ
* INDIE — aşağı özünüqiymətləndirmə, yaradıcı, tənbəl, təmkinsiz.
* BOLLYWOOD (Hindistan Hollivudu) — yaradıcı, kommunikativ, təmkinsiz
* ROCK/HEAVY METAL — Aşağı özünüqiymətləndirmə, ünsiyyətə meylli olmayan, yumşaq və təmkinli.
* CHART POP —Yüksək özünüqiymətləndirmə, əməksevər, yaradıcı qabiliyyəti olmayan, mülayim və sakit.
* SOUL — Yüksək özünüqiymətləndirmə, yaradıcı, kommunikativ, mülayim və təmkinli.