17 C
Baku
Saturday, May 18, 2024

İntellektual inkişaf üçün ən faydalı kitablar

Şəxsi inkişaf üçün hansı vasitələrdən istifadə edəcəyinizi bilmirsinizsə aşağıdakı intellektual inkişaf üçün nəzərdə tutulmuş kitablardan yararlana bilərsiniz.

“Özünə düşünməyi öyrət: düşüncənin inkişafı üzrə fərdi təlimçi” – Edvard de Bonqo

Bu kitab sayəsində öz düşünmə qabiliyyətinizi inkişaf etdirə bilərsiniz. Bu kitabda özündə tamamilə sadə metodikanı əhatə edən 5 mərhələ təsvir edilib.

“Ağlını azad et: dahi ol!” – Stanislav Müller

Stanislav Müllerin təqdim etdiyi bu kitab beyin aktivliyini və aktiv düşünmə faizini artırmağa kömək edən xüsusi texnologiyadır. Bu kitabı öyrənməklə xüsusi təlim görmüş bir şəxsə çevrilə bilərsiniz, üstəlik yaşınızdan asılı olmayaraq.

“Yaddaş kartları. İmtahanlara hazırlıq” – Tony Byuzen

Yaddaş kartları – məlumatın yadda saxlanması üçün unikal və çox sadə üsuldur. Bu üsulları mənimsəməklə oxucu artıq imatahan qorxusundan azad olur, daha çox sərbəstə vaxta yiyələnir və qiymətləri daha yaxşı xarakter almağa başlayır.

“Yaddaşın inkişaf texnikası. Fərdi təlimçi” – O.A. Andreyev

Kitabda beyinin məlumatın əldə edilməsi və yadda saxlanmasına cavab verən mexanizmlərini inkişaf etdirəcək yaddaş inkişaf etdirmə məşqləri öz əksini tapıb. Sizdən tələb olunan yeganə tələb isə məsləhət görülən tapşırıqlara və onların yerinə yetirilmə qaydalarına düzgün əməl etməkdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər