2024-cü ilin 1 sentyabr tarixindən 2025-ci il mayın 31-dək Dağlıq Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz iqtisadi zonalarına daxil rayonlarda və eyni zamanda Lerik rayonunda salınacaq intensiv alma bağlarına görə dövlət tərəfindən birdəfəlik əkin subsidiyası ayrılacaq.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, bu bölgələrdə qeyd olunan tarixlərdə ən azı 2 hektarda salınmış, hər hektarda minimum 2450 ting əkilmiş, damcı suvarma sistemi ilə təchiz olunmuş bağların hər hektarına görə fermerlərə 11000 birdəfəlik əkin subsidiyası veriləcək.