Fruit Aqro MMC-nin Samux rayonunda reallaşdıracağı intensiv bağçılığın inkişafı layihəsinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1 mln. 50 min ₼ güzəştli kredit ayrılıb.
Banker.az xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, layihənin icrası nəticəsində 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.