12 C
Baku
Sunday, October 27, 2024

İnter klubunun rəhbəri kredit işinə görə ölkədən çıxa bilmir

Bolqarıstan – Azərbaycan matçını həqiqətən də izləmək istəyirdim. Lakin şəxsən mənimlə bağlı maneə var”. “Report”un məlumatına görə, bunu Bakının “İnter” idman klubunun bolqarıstanlı prezidenti Georgi Nikolov “Trud” qəzetinə müsahibəsində deyib.

G.Nikolov Azərbaycan Beynəlxalq Bankı ilə bağlı iş üzrə şahid qismində çağırıldığını söyləyib: “Şahid kimi mənə bildirdilər ki, ölkəni tərk edə bilmərəm. Halbuki istənilən halda müttəhim deyiləm. Azərbaycan Daxili İşlər Nazirliyindən “Şahid olduğun üçün burada qalmalısan” dedilər”.

Klub prezidentinin sözlərinə görə, Azərbaycan və Bolqarıstan arasında hüquq və məhkəmə proseduru sahəsində əməkdaşlıq müqaviləsi var: “Bolqarıstanda da şahid ola bilərəm. Azərbaycanda qalma müddətim başa çatmaqdadır və vəziyyət mürəkkəbdir. Gedə də, qala da bilmirəm. İki gün öncə miqrasiya orqanlarına vizamı uzatmaq üçün sənədlərimi vermişəm. Lakin mənim buraxılmağıma razılıq verib-verməyəcəkləri məlum deyil”.

Son xəbərlər
Digər xəbərlər