“DəmirBank” ASC İnteraktiv Əlaqələr Mərkəzinə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.
Vəzifə öhdəlikləri:
• Cari prosedur və təlimatlara əsasən gələn zənglərə cavab vermək, müştəri sorğusunu, problem tələb və şikayətini müvafiq proqramda qeydə almaq;
• Bank və onun xidmətləri barədə telefon, email və sayt ilə online olaraq müraciət edənlərə məlumat-məsləhət xidmətləri göstərmək;
• Daxil olan müraciət və məlumatların zəruri instansiyalara keçirilməsini təmin etmək;
• “Telefon Bankçılıq” xidməti vasitəsilə plastik kart sahiblərinin kommunal, rabitə və sair xidmətləri üzrə ödənişləri həyata keçirmək;
• Müştərilər arasında telefon vasitəsilə sorğuları aparmaq;
• Müştərilərə çarpaz satışları təqdim etmək.
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• Azərbaycan və Rus dillərini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilməli;
• Məsuliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
• Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07 iyun 2017-ci il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnteraktiv Əlaqələr Mərkəzinə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
DMRBNK31052017







