İnternat tipli məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması norması təsdiqlənib.
Bununla bağlı “Bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən pozuntusu olan uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması norması haqqında” Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik edilib.
Qeyd olunan qərarda “Ümumi təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna əsasən dəyişikliklər nəzərdə tutulub.
Eləcə də, internat tipli ümumi təhsil müəssisələrində tərbiyə olunan uşaqların müasir tələblərə cavab verən yeni geyim və yumşaq inventar ilə təmin edilməsi məqsədilə “Bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən pozuntusu olan uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı, yumşaq inventarlarla təmin olunması norması” yeni redaksiyada verilib.