10 C
Baku
Saturday, November 23, 2024

“International” BOKT 1 mln. manatlıq borc cəlb edir

10 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “International” BOKT ASC-nin ümumi ümumi dəyəri 1,000,000 (bir milyon) manat olan AZ2009021026 ISIN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

15 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında “International” BOKT ASC-nin istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2009021026
İstiqrazların növü və forması Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar
İstiqrazların sayı 1000 (ədəd)
Nominal Dəyəri 1,000
İllik faiz dərəcəsi 13%
Tədavül müddəti 18 ay
Kupon faizlərinin ödəniş müddəti hər 90 gündən bir

 

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

 

Son xəbərlər
Digər xəbərlər