28 C
Baku
Saturday, July 27, 2024

“İnternational” BOKT fiziki şəxsdən milyonluq borc götürüb, bankların kredit borclarını qaytarıb

Rifat Həsənova məxsus olan “İnternational” BOKT QSC 2020-ci ildə bank borclarını azaldıb, fiziki şəxsdən vəsait cəlb edib.

Banker.az-ın xəbərinə görə, 2020-ci ilin əvvəlində  “Para BOKT” ASC qarısındakı 300 min manat krditi, AKİA qarşısındakı 232.55 min manatlıq krediti və “Rabitə Bank” ASC qarşısındakı 76.12 min manatlıq krediti tam bağlamışdır. “Yelo Bank” ASC qarşısında olan 3 milyon 997.5 min manatlıq kredit borcunu 3 milyon 77.74 min manata qədər azaltmış, “PAŞA Bank” ASC qarşısındakı 1 milyon 15.04 min manatlıq kredit borcunu isə 1 milyon 226.78 min manata qədər yüksəltmişdir.

Bununla da banklar və təşkilatlar qarşısında olan kredit borcunun cəmi həcmi 4 milyon 304.52 min manat təşkil etmişdir.

19 oktyabr 2020-ci il, 21 oktyabr 2020-ci il, 17 noyabr 2020-ci il, 19 noyabr 2020-ci il, 04 noyabr 2020-ci il, tarixlərində “İnternational” BOKT -la Leyla Cabbarova  (cəmi: 1 milyon 141.85 min manat) arasında müvafiq olaraq 100 min ABŞ dolları, 100 min manat, 500 min manat, 221.85 min manat, 150 min manat kredit borcu götürmüş, 19 oktyabr 2021-ci il, 21 oktyabr 2021-ci il 17 noyabr 2021-ci il, 19 noyabr 2021-ci il, 04 noyabr 2021-ci il tarixlərinədək faizsiz kredit sazişləri imzalanmışdır.

Son xəbərlər
Digər xəbərlər