7 C
Baku
Thursday, February 29, 2024

“İnternational” BOKT-un İdarə Heyəti dəyişdirilib – təyinatlar

Bank olmayan kredit təşkilatı “İnternational” QSC-nin İdarə Heyətinin üzvləri dəyişdirilib.

Banker.az-a daxil olan məlumata görə, BOKT-un ali orqanın qərarı ilə Məhin Abdullayeva Vaqif qızı və Leyla Cabbarova Vaqif qızı İdarə Heyətinı üzv seçiliblər.

Buna qədər vəzifədə Aqşin Allahverdiyev İsa oğlu və Lalə Zülfüqarova Əsəd qızı idi – hər iki şəxsin adı İdarə Heyətindən götürülüb.

Lalə Zülfüqarovanın adı İdarə Heyətinin üzvü olmaqla paralel, BOKT-un baş mühasibi idi. Mirabbas Əsgərov İsmayıl oğlu BOKT-un baş mühasib təyin edilib.

Xatırladaq ki, BOKT “International” 2013-cü ildə yaradılıb və 5 mln. manat nizamnamə (səhm) kapitalı var. BOKT-un səhmdarı 100% Rifat Həsənovdur.

Son xəbərlər
Digər xəbərlər