5 C
Baku
Thursday, February 29, 2024

“İnternational” BOKT-un yarım ildə gəlirləri azalıb

“International” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ilin 6 ayını 947 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin sonunda BOKT-un mənfəəti 411 min manat olub.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında “International”ın faiz gəlirləri 4 milyon 446 min manat (ötən ilin sonu ilə müqayisədə 1.8 dəfə az) , faiz xərcləri 1 milyon 157 min manat (ötən ilin sonu ilə müqayisədə 40% az) təşkil edib.

Bu il iyulun 1-nə “International”ın aktivləri 23 milyon 300 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 17% çoxdur. Bunun 20 milyon 777 min manatı müştərilərə verilmiş kreditlər, lombarddır. 6 ayda BOKT-un kredit portfeli 17% böyüyüb.

Hesabat dövründə “International”ın öhdəlikləri 19% artaraq 17 milyon 353 min manata, balans kapitalı isə 11% artaraq 5 milyon 947 min manata çatıb.

Xatırladaq ki, “International” 2013-cü ildə yaradılıb. BOKT-un səhmdarı 100% Rifat Həsənovdur.

Son xəbərlər
Digər xəbərlər