19 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında BOKT “İnternational” ASC-nin AZ1001021026 dövlət qeydiyyat nömrəli 3 mln. manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışıb.
Abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 1 000 manat qiymətindən 1 sifariş təqdim edilmişdir.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 mln. manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 3,000,000 manat təşkil etmişdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Xatırladaq ki, hazırda BOKT-nin səhmlərinin 100%-i Həsənov Rifat Vaqif oğluna məxsusdur.