2 C
Baku
Tuesday, January 14, 2025

“İnternational” BOKT yarım ildə mənfəət edib

Bank Olmayan Kredit Təşkilatı (BOKT) “İnternational” QSC 2023-cü ilin birinci yarısını (yanvar-iyun dövrünü) 1 milyon 842 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövründə BOKT-un mənfəəti 947 min manat olub ki, bu da illik müqayisədə 2 dəfəyə yaxın artım deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

2023-cü ilin birinci yarısında BOKT “İnternational”ın cəmi gəlirləri 7 milyon 184 min manat, cəmi xərcləri isə 4 milyon 518 min manat təşkil edib.

Bu ilin iyul ayının 1-nə BOKT “İnternational” QSC-nin cəmi aktivləri 29 milyon 354 min manat təşkil edib ki, bunun da 27 milyon 375 min manatı kredit portfelidir. (müştərilərə verilmiş kreditlər)

BOKT “İnternational” QSC-nin nizamnamə kapitalının 100%-i Həsənov Rifat Vaqif oğluna məxsusdur.

Son xəbərlər
Digər xəbərlər