BOKT “İnternational” QSC səhm kapitalının artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd yeni səhm emissiya edib.
Banker.az bildirir ki, bu da cəmi olaraq 2 milyon manat olacaq.
Hazırda “İnternational” BOKT-un nizamnamə kapitalı 1 milyon manat təşkil etdiyindən, əlavə 2 milyon manatın artımı ilə nizamnamə kapitalı 3 mln. manata çatacaq.
Qeyd edək ki, BOKT 2013-cü ildə yaradılıb və kapitalın yeganə payçısı Rifat Həsənovdur.