Azərbaycanın aparıcı lizinq şirkətlərindən olan “INTERNATIONAL LEASING” ASC filial müdiri vakansiyasi elan edib.
Banker.az xəbər verir ki, filial müdiri vakansiyası üzrə aylıq əmək haqqı 5000 AZN müəyyən edilib.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini [email protected] email ünvanına göndərə bilərlər.
Şirkət haqqında məlumat:
31.05.2021 ildə yaranan “INTERNATIONAL LEASING” ASC ölkənin lizinq bazarında 4 ildən çox fəaliyyət göstərən, avtolizinq üzrə ixtisaslaşmış şirkətdir.
Sərfəli şərtlərlə lizinq xidmətləri təklif edən şirkətin əsas məqsədi müştərilərin maliyyə ehtiyaclarını yüksək səviyyədə qarşılamaqla yanaşı onlara yenilikçi, effektiv, etibarlı maliyyə həlləri təqdim etməkdir.
“INTERNATIONAL LEASING” ASC olaraq əsas prioritet müştərilərə yüksək keyfiyyətli xidmətlər göstərmək və onların məmnuniyyətini qazanmaqdır. Şirkətlə əməkdaşlıq edən hər bir müştəri yalnız maliyyə dəstəyi deyil, eyni zamanda sağlam, uzunmüddətli maliyyə gələcəyi qurma imkanı əldə edir. Şirkət öz hədəflərini yalnız müştərilərə kreditlərin ayrılması ilə məhdudlaşdırmır. Müştəri güvənliyi üçün onlara maliyyə sahəsində qərarların verilməsində, büdcə planlamasının tərtib edilməsi və gücləndirilməsi istiqamətində zəruri maliyyə alətləri və məlumtlarla təmin edilməsində dəstək olur.