15 C
Baku
Friday, March 29, 2024

İnternet bankçılığının təhlükəsizlik qaydaları

İnternet bankçılığı zamanla həyatımızın bir hissəsi olmağa başlayır. Bu hal çox təəccüb doğurmur. Çünki pul köçürmələri etmək, online ödənişlər etmək və s. banka getməkdən daha rahatdır. Lakin virtual şəxsi kabinet belə qlobal şəbəkədə müxtəlif məlumat mübadiləsi riskləri yarada bilər. Bəs internet bankçılığın təhlükəsizliyini necə təmin etmək və maksimum şəkildə pul köçürmələri əməliyyatlarını qorumaq olar?

Əvvəllər olduğu kimi, indi də fırıldaqçılıq sxeminin əsas elementi müxtəlif internet resursların yaydığı viruslardır. Virus düşmüş kompüter istifadəçinin şəxsi kabinetinə bağlanır və bankın saytından heç nə ilə fərqlənməyən fırıldaqçıların saxta saytlarına yönəlir. Burada istifadəçidən müxtəlif şəxsi məlumatlarını daxil etməsi tələb edilir ki, gələcəkdə də bu məlumatlardan fırıldaqçılıq məqsədləri üçün istifadə edilir.

Banker.az saytı olaraq aşağıda sizə internet fəaliyyətinizdə fırıldaqçılıq hallarından qorunmaq üçün internet bankçılığının əsas təhlükəsizlik qaydalarını təqdim edirik:

Şəxsi məlumatlarınız tələb etdikdə daxil etməyin. Bankın əsl, yəni orijinal səhifəsinə daxil olmaq üçün login və şifrəni daxil etmək kifayət edir.

Bir dəfəlik şifrələrdən istifadə edin. Bir çox maliyyə təşkilatları SMS vasitəsilə bu imkanı yaradırlar. Belə bir xidmət olmadıqda isə, çətin bir şifrə düşünün və hər dəfə onu əl ilə daxil edin.

Bank səhifəsinin ünvanına daim nəzarət edin. Əgər hətta adda bir hərf belə fərqlənirsə deməli saxta sayta daxil olmusunuz. Şəxsi kabinetlə əlaqə yaratmaq üçün yalnızca qorunan SSL birləşmələrdən istifadə edin.

Şəxsi kabinetinizə yalnız etibarlı fərdi kompüterdən daxil olun. Pul köçürmələri etmək üçün “internet-kafe” və yaxud iş kompüterinizdən istifadə etməyin.

Mütəmadi olaraq antivirusunuzu yeniləyin və kompüterinizi bütünlüklə antivirusla yoxlayın.

Kompüterinizdə müasir əməliyyat sistemi, internet brauzeri, poçt proqramı və digər proqram təminatlarından istifadə edin.

Kartla hesablaşmalar üzrə özünüzə limitlər təşkil edin.

Son xəbərlər
Digər xəbərlər